ASC “Xalq” Bank Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilib

Hit: 420
ASC “Xalq” Bank Milli Depozit Mərkəzinin üzvlüyünə qəbul edilib
Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) üzvlüyünə Mərkəzi Bankın 07 may 2025-ci il tarixli İXB-01 nömrəli investisiya xidmətlərinin həyata keçirilməsi barədə Lisenziyaya əsasən ASC “Xalq” Bank qəbul edilmişdir.
Bununla ASC “Xalq” Bank (Bank) MDM-in üzvü olan ilk bank olmuşdur.
 
Üzvlüyə qəbul edilməsi nəticəsində mövcud qaydalara uyğun Bank tərəfindən fiziki və hüquqi şəxslərə investisiya xidmətləri təklif ediləcək.
 
Bundan əlavə MDM və Bank arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumun imzalanması ilə kapital bazarının inkişafı istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdə tutulur.








Redaktorun seçimi