Ucal Haqverdiyevin 65 illik yubileyinə həsr olunan poçt markası dövriyyəyə buraxılıb

Görkəmli rəssam Ucal Haqverdiyevin 65 illik yubileyi münasibətilə “Azərpoçt” MMC tərəfindən sənətkarın “Avtoportret”, “Dərviş” və “Gəzinti” əsərlərini əks etdirən xatirə poçt markaları hazırlanaraq təqdim olunub.
Markaların nümayişi zamanı “Azərpoçt” MMC-nin şöbə müdiri Sitarə Hüseynova bildirib ki, bu markalar Ucal Haqverdiyevin zəngin yaradıcılığının filateliya vasitəsilə gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, markaların buraxılması, eləcə də tədbirin təşkili "Azercell Telekom" MMC-nin təşəbbüsü və dəstəyi ilə gerçəkləşib.


