Təhsil Tələbə Krediti Fondu auditor seçir

Hit: 158
Təhsil Tələbə Krediti Fondu auditor seçir
Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
 
Faktor.az xəbər verir ki, tenderdə iştirak haqqı 85 manatdır.
 
İddiaçılar təkliflərini iyulun 11-nə qədər Fondun yerləşdiyi Bаkı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, 34 (AFF Mall Biznes Mərkəzi) ünvanına təqdim edə bilərlər.
 
Təkliflərə iyulun 11-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.
 
Xatırladaq ki, ötən il bu tenderin qalibi "Azəruçot" MMC-olub. Şirkətə 9,5 min manat ödənilib.








Redaktorun seçimi