AZSTAND auditor seçir

Hit: 162
AZSTAND auditor seçir
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 2024-cü ilin mənfəət bəyannaməsi üzrə audit yoxlamasının aparılması üçün açıq tender elan edib.
 
Faktor.az xəbər verir ki, tenderdə iştirak haqqı 12 manatdır.
 
İddiaçılar təkliflərini iyulun 10-na qədər AZSTAND-ın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə qəsəbəsi, 7-ci köndələn ünvanına təqdim edə bilərlər.
 
Təkliflərə iyulun 10-da, saat 17:30-da qeyd olunan ünvanda baxılacaq.
 
Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 3 min manat ödənilib.








Redaktorun seçimi