Yanvar-may aylarında 22,6 milyon dollarlıq sement ixrac edilib

Hit: 164
Yanvar-may aylarında 22,6 milyon dollarlıq sement ixrac edilib
Bu ilin yanvar-may aylarında ölkədən 22,6 milyon ABŞ dolları dəyərində 350,4 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.
 
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 39,2 faiz və ya 6,3 milyon dollar, həcm olaraq isə 30,9 faiz və ya 82,8 min ton çoxdur.
 
Cari ilin ilk 5 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,21 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,61 faizə bərabər olub.








Redaktorun seçimi