Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 4 dəfəyə yaxın azalıb

Hit: 163
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu - 4 dəfəyə yaxın azalıb
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
 
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13,7 % çoxdur.
 
Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.
 
Son nəticədə xarici ticarətdə 1 milyard 36,3 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.








Redaktorun seçimi