“Azerçay” ölkəmizin çay mədiyyətini dünyaya tanıtmağa davam edir

Doğma çay markamız “Azerçay” Yaponiyanın Osaka şəhərində keçirilən “Osaka, Kansai Ekspo 2025” dünya sərgisində iştirak edir.
Ölkəmizin pavilyonunda yer alan doğma çay markamız Azərbaycan çay mədəniyyətinin tanıdılmasını təmin edir. Azərbaycan pavilyonuna yaxınlaşan yaponlar və digər ölkələrdən olan qonaqlara ölkəmizin tarixi, ənənələri barədə məlumat verilməklə bərabər qonaqlara doğma çayımız ikram edilir.
Dünya liderləri, yüksək səviyyəli dövlət rəsmiləri və dünyanın qabaqcıl şirkətlərinin qatıldığı sərgidə milli brendimiz ziyarətçiləri çay süfrəsinə qonaq edilir. Ziyarətçilər “Azerçay”ın müxtəlif məhsulları ilə tanış olmaqla yanaşı, onlara xüsusi hədiyyələr təqdim olunur.
“Made in Azerbaijan” imzasını üzərində daşıyan doğma çay markamız uzun illərdir ki, beynəlxalq arenada Azərbaycanı yüksək səviyyədə təmsil edir və ölkəmizin keyfiyyətli məhsullarının dünyada tanınmasında mühüm rol oynayır.


