Neftçalada arpa biçini davam edir - FOTOLAR

Hit: 286
Neftçalada arpa biçini davam edir - FOTOLAR
Respublikanın bölgələrində olduğu kimi Neftçala rayonunda da, arpa biçini yüksək məhsuldarlıqla davam edir.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Yuxarı Qaramanlı kəndində fermerlərin, Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin, Neftçala Su Meliorativ Sistemlərinin İstismarı idarəsinin, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Sabirabad Regional Nümayəndəliyinin Neftçala Rayon Bölməsinin rəhbərinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə fermer, Mütəllimov Əliağa Əvəz oğlunun becərdiyi taxıl sahəsində biçinin gedişi ilə tanış olub, taxıl sahəsinə baxış keçirib.
 
səmimi görüş zamanı, payızlıq taxıl əkini dövründə onları narahat edən məsələlər, gübrə təminatı, əkin subsidiyalarının, əkin suyunun vaxtında verilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat məsələləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ətraflı şəkildə öyrənilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, fermerləri maraqlandıran suallar cavablandırılmışdır. Taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün Neftçala rayonuna 97 kombayn cəlb edilmiş, “Aqroservis” ASC-i tərəfindən 34 ədəd, fiziki və hüquqi şəxslər tərəfindən 63 ədəd kombayn dislokasiya edilmişdir.
 
Arpa biçinin ilk başlandığı rayonlardan biri olan Neftçala rayonunda, 2024-2025-ci ilin payızlıq əkin dövründə ümumilikdə 32706 hektar sahədə taxıl əkilmiş, bundan 6088 hektar buğda, 26618 hektar arpa bitkisi təşkil edir. Hazırda rayon üzrə 20100 hektar sahədən 53667 ton arpa biçilmiş, orta məhsuldarlıq 26,7 sentner təşkil edir.
 
 
 
 
1
1
1
1
1
1








Redaktorun seçimi