Azərbaycanda sadələşdirimiş vergi üçün dövriyyə limitinin artırılması təklif olunur

Hit: 170
Azərbaycanda sadələşdirimiş vergi üçün dövriyyə limitinin artırılması təklif olunur
Azərbaycanda sadələşdirimiş vergi üçün dövriyyə limiti 2 dəfə artırılmalıdır.
 
Faktor.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən plenar icasında bildirib.
 
"Sonuncu dəfə sadələşdirilmiş vergi üçün dövriyyə limiti 2016-cı ilin yanvarın 1-dən 80 min manat artırılaraq 120 min manatdan 200 min manata çatdırılıb. Ancaq ötən müddətdə Azərbaycanın illik ümumi daxili məhsulunun (ÜDM) dəyəri 2,3 dəfə artaraq 54,4 milyard manatdan 126,4 milyard manata çatıb.
 
Bu ölkədə biznes imkanlarının genişlənməsi deməkdir. Təklif edirəm ki, sadələşdirimiş vergi üçün dövriyyə limiti 2 dəfə artırılsın. Bu mikrosahibkarlar üçün mühüm güzəşt və dəstək olardı", - deyə o qeyd edib.








Redaktorun seçimi