PAŞA Real Estate Qrup Daşkənd şəhərində iş görüşmələri keçirib

Real Estate Qrup-un rəhbərliyi baş ofisində Daşkənd şəhərinin hazırkı hokimi (meri) cənab Şavkat Buranoviç Umurzakovu və Özbəkistandan gəlmiş nüfuzlu nümayəndə heyətini böyük şərəf və qonaqpərvərliklə qəbul edib.
PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov və direktor müavini, korporativ bankçılıq və sığorta üzrə direktor Rövşən Allahverdiyev səmimi şəkildə salamladılar. Cəlal bəy PAŞA Real Estate Qrup-un uzunmüddətli biznes strategiyası və regional inkişaf gündəliyində Özbəkistanın strateji əhəmiyyətini xüsusi vurğuladı.
Görüş zamanı PAŞA Real Estate Qrup-un baş icraçı direktoru Özgür Geter və PAŞA Real Estate-in beynəlxalq layihələr üzrə baş direktoru Elçin Qədimov şirkətin fəaliyyəti və hazırda həyata keçirilən layihələr barədə ətraflı təqdimatla çıxış ediblər.
Müzakirələrin əsas mövzusu Daşkənddə prestijli “Ritz-Carlton” brendi altında beşulduzlu otel və brend rezidensiyaların inşası olub. Bu iddialı layihə PAŞA Real Estate Qrup-un otelçilik biznesi və yüksək səviyyəli yaşayış sahəsində mükəmməlliyə sadiqliyini bir daha nümayiş etdirir.


