Azərbaycanda ötən il publik hüquqi şəxslərin - 36%-ə yaxını auditdən keçməyib

2024-cü ildə Azərbaycanda 135 publik hüquqi şəxs ilk dəfə məcburi audit subyekti olub.
Faktor.az bu barədə Auditorlar Palatasına istinadən xəbər verir.
Ötən il auditdən keçmiş publik hüquqi şəxslərin sayı 87, onların xüsusi çəkisi isə 64,4 % olub. Başqa sözlə, il ərzində publik hüquqi şəxslərin 35,6 %-i auditdən keçməyib.


