Azərbaycanda auditorların sayı 3 % artıb

2024-cü ilin yekununda Azərbaycanda 167 auditor təşkilatının və 66 sərbəst auditorun fəaliyyət hüququ olub.
Faktora.az Auditorlar Palatasına istinadən xəbər verir ki, bunlar, 2023-cü ilin yekunu ilə müqayisədə 6,4 % çox və 4,35 % azdır.
Beləliklə, ötən ilin sonunda ölkədə 233 auditor olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 3,1 % çoxdur.


