Daha iki aviaşirkət Qəbələyə birbaşa uçuşlar yerinə yetirəcək

Hit: 286
Daha iki aviaşirkət Qəbələyə birbaşa uçuşlar yerinə yetirəcək
İyunun 19-dan etibarən “Wizz Air Abu Dhabi” aviaşirkəti Əbu-Dabi-Qəbələ-Əbu-Dabi marşrutu üzrə reyslərə başlayır.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, reyslər həftədə 3 dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.
 
Bununla yanaşı, iyulun 1-dən “IrAero” aviaşirkəti Moskva-Qəbələ-Moskva reyslərinə start verəcək. Reyslər Domodedovo hava limanından həftədə 2 dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək.








Redaktorun seçimi