“PashaPay” və Mastercard MoU ilə strateji əməkdaşlığı gücləndirir

Hit: 743
“PashaPay” və Mastercard MoU ilə strateji əməkdaşlığı gücləndirir
Azərbaycanın aparıcı fintex şirkəti və “Bir” ekosisteminin tərkib hissəsi olan “PashaPay” ölkə daxilində innovativ rəqəmsal maliyyə həllərinə çıxış imkanlarının genişləndirilməsi üzrə əməkdaşlıq çərçivəsində rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan “Mastercard” ilə Anlaşma Memorandumu (MoU) imzalayıb.
 
Sənəd iyunun 3-də Amsterdamda “PashaPay”in rəsmi qaydada “Bir” ekosistemini təmsil etdiyi dünyanın ən yaxşı fintex tədbirlərindən olan “Money 20/20 Europe”da imzalanıb.
 
Bu strateji addım “Mastercard” və “PashaPay” arasında əməkdaşlığı aşağıdakılar üzrə gücləndirmək məqsədi daşıyır: 
 
İyunun 3-də dərc olunmuş birgə bəyanatda “PashaPay” və “Mastercard” bu strateji addımın iki tərəf arasında aşağıdakılar üzrə əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib:
 
• Kibertəhlükəsizlik, rəqəmsal kimlik və fırıldaqçılığın qarşısının alınması texnologiyalarının tətbiqi;
 
• “Mastercard” və “m10” markalı rəqəmsal ödəniş məhsullarının buraxılması;
 
• “Mastercard”ın “MoneySend”, “Cross-Border Send” və “Alias Directory” kimi xidmətləri vasitəsilə transsərhəd pul köçürmələrinə çıxışın genişləndirilməsi;
 
• Beynəlxalq əhatənin gücləndirilməsi.
 
“PashaPay” şirkətinin baş direktoru Samir Məmmədov bildirib: “Mastercard” ilə əməkdaşlıq “PashaPay”in maliyyə xidmətlərini daha əlçatan və təhlükəsiz etmək missiyasında mühüm mərhələdir. Tərəfdaşımızın qlobal təcrübəsi və güclü infrastrukturu ilə biz gündəlik istifadəçilər və bizneslərə təhlükəsiz və asan beynəlxalq pul köçürmələri də daxil olmaqla daha yaxşı maliyyə alətləri təqdim edə bilərik. “Money 20/20” Europe sərgisində bu anlaşma memorandumunun imzalanması “Bir” ekosisteminin Azərbaycanın fintex sənayesini qlobal xəritədə mövqeləndirmək, beynəlxalq dialoqa qoşulmaq və güclü, uzunmüddətli strateji tərəfdaşlıqlar qurmaq öhdəliklərinə sadiqliyini nümayiş etdirməklə xüsusilə əlamətdardır”.
 
“Mastercard”ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Avşar Gürdal qeyd edib: “Bu tərəfdaşlıq qlobal təcrübə və yerli bazar bilikləri arasında mükəmməl sinerjini təmsil edir. Biz sadəcə başqa bir ödəniş məhsulu təqdim etmirik, həm də Azərbaycan istehlakçılarının və bizneslərinin ehtiyaclarına həqiqətən cavab verən, onların sürətlə rəqəmsallaşan dünyada inkişafına kömək edən hərtərəfli maliyyə alətləri yaradırıq”.
 
Bu, MoU-nun hər iki şirkətin innovasiyalarını təşviq etmək, yerli və regional fintex ekosistemlərini gücləndirmək və rəqəmsal maliyyəni daha təhlükəsiz, inklüziv və əlçatan etmək üçün ortaq öhdəliyini əks etdirir. 
 
“PashaPay” haqqında
 
“Bir” ekosisteminin tərkib hissəsi olan “PashaPay” özünün “m10” rəqəmsal pul kisəsi və “MilliÖn” ödəniş terminalları vasitəsilə Azəbaycanda istifadəçilərə innovativ, sürətli və təhlükəsiz maliyyə həlləri təklif edən aparıcı fintex platformasıdır. Şirkət həmçinin ölkədə nağdsız ödənişlərin inkişafına və maliyyə texnologiyaları sahəsində innovasiyaların genişləndirilməsini dəstəkləyir.
 
www.pashapay.az
 
“Mastercard” haqqında
 
“Mastercard” dünya üzrə 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları və insanları dəstəkləyir. Müştərilərimizlə birgə hər kəsin inkiaf edə biləcəyi dayanıqlı iqtisadiyyat qururuq. Biz geniş çeşiddə rəqəmsal ödəniş seçimlərini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiyamız və yeniliklərimiz, tərəfdaşlıqlarımız və şəbəkələrimiz birləşərək insanlara, müəssisələrə və hökumətlərə ən böyük potensiallarını reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir.
 
www.mastercard.com 








Redaktorun seçimi