AQAT Silver “Milli Brendlərin Pərakəndə Zirvəsi -2025”in tərəfdaşı oldu

“Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı mötəbər forum keçirilib. Tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılıb.
Forumun rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək, qarşıdakı dövrdə sahibkarlara təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli, klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu vurğulayıb.
Forumun sponsoru "Aqat Silver" təbii daşlar mağazası olub. Forum çərçivəsində iştirakçılara təbii və müalicəsi daşlarla bağlı ətraflı məlumatlar verilib.
Qeyd edək ki, “AQAT – Silver” mağazalar şəbəkəsi şəbəkəsi 2003-cü ildən fəaliyyət göstərir.


