AQAT Silver “Milli Brendlərin Pərakəndə Zirvəsi -2025”in tərəfdaşı oldu - FOTOLAR

Hit: 468
AQAT Silver “Milli Brendlərin Pərakəndə Zirvəsi -2025”in tərəfdaşı oldu - FOTOLAR

“Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə “Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025” adlı mötəbər forum keçirilib. Tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılıb.

Forumun rəsmi hissəsi “Biznes Mərkəzi Klubu”nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək, qarşıdakı dövrdə sahibkarlara təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli, klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu vurğulayıb.

Forumun sponsoru "Aqat Silver" təbii daşlar mağazası olub. Forum çərçivəsində iştirakçılara təbii və müalicəsi daşlarla bağlı ətraflı məlumatlar verilib.

Qeyd edək ki, “AQAT – Silver” mağazalar şəbəkəsi şəbəkəsi 2003-cü ildən fəaliyyət göstərir.

Burada dünyanın müxtəlif ölkələrindən hər növ, geniş çeşidli təbii, müalicəvi daşlar, xanımlar və bəylər üçün kulonlar, boyunbağılar, qolbaqlar, üzüklər, breloklar, təsbehlər, suvenirlər, minerallar, ev aksessuarları və s daşlar mövcuddur.
 
Mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.
 
Sevdiklərinizi sevindirmək və onunlar bu möcüzəvi, müalicəvi daşlardan zövqlə hazırlanmış müxtəlif bəzək əşyalarından, suvenirlərdən hədiyyə etmək istəyirsinizsə, AQAT Silver-ə baş çəkməyiniz yetər.
1
1
1
1
1
1








Redaktorun seçimi