Dövlət Gömrük Komitəsində görüş keçirilib

Hit: 182
Dövlət Gömrük Komitəsində görüş keçirilib
Dövlət Gömrük Komitəsində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsinin əməkdaşları ilə görüş keçirilib.
 
Görüşdə sözügedən struktur bölmələrdə xidmətin təşkilinə dair, eləcə də gömrük işinin səmərəli şəkildə təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın artırılması, rəqəmsallaşmanın genişləndirilməsi istiqamətində qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı müzakirələr aparılıb.
 
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə təltif olunmuş Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təltiflər və fəxri fərmanlar təqdim edilib.
 
Sonda tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyev təltif olunan əməkdaşları təbrik edib, tapşırıq və tövsiyələrini verib.








Redaktorun seçimi