B2B görüş keçirilib - FOTOLAR

Hit: 319
B2B görüş keçirilib - FOTOLAR
“Süni İntellektlə CRM Proseslərinin Rəqəmsal Transformasiyası: Bulud əsaslı yanaşmalar” mövzusunda B2B görüş keçirilib.
 
Bulutistan, Wside şirkətləri və Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə “Süni İntellektlə CRM Proseslərinin Rəqəmsal Transformasiyası: Bulud əsaslı yanaşmalar” mövzusunda, səhər yeməyi formatında B2B görüş baş tutub.
 
Tədbirin əsas məqsədi süni intellekt və bulud texnologiyalarının biznes proseslərinə, xüsusilə Müştəri Münasibətlərinin İdarəolunması (CRM) sistemlərinə inteqrasiyası mövzusunda iş adamlarını və texnoloji mütəxəssisləri maarifləndirmək, onlara real tətbiq nümunələri təqdim etmək və yerli şirkətlər arasında innovativ əməkdaşlıqların qurulmasına zəmin yaratmaqdır.
 
Açılış nitqini Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev edib. Daha sonra Bulutistan şirkətinin MDB ölkələri üzrə baş icraçı
meneceri Mutlu Ataç, Veysəloğlu şirkətinin İnfrastruktur Departamentinin müdiri Pərviz İslamov, Wside şirkətinin təsisçisi Bilgehan Aygün çıxış edib.
 
Açılış nitqinin ardından  .. Anar Məmmədovun moderatorluğu ilə "Saleforce ilə CRM həlləri" mövzusunda panel müzakirəsi start götürüb. Paneldə spiker qismində Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan ölkə müdiri Samir Nuriyev, Wside şirkətinin baş icraçı meneceri Tuncay Çelebi, Azercell şirkəti SAP Layihə Meneceri Emre Oskaylar çıxış ediblər.
 
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında gələcək əməkdaşlıqların inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Qeyd edək ki, tədbirdə müxtəlif sahələri təmsil edən iş adamları və mütəxəssislərdən ibarət 30 nəfər iştirakçı yer alıb.
 
1
1
1
1
1
1








Redaktorun seçimi