“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir

Hit: 243
“SOCAR Green” Azərbaycanda ən böyük IPP olmaq istəyir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə strukturu - “SOCAR Green” MMC Azərbaycanda ən böyük Müstəqil Güc İstehsalçısı (İndependent Power Producers – IPP) olmaq istəyir.
 
“Report” xəbər verir ki, bunu törəmə şirkətin günəş və külək enerjisi üzrə eksperti Elçin Tarquliyev Bakıda keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi və 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji beynəlxalq sərgisi çərçivəsində təşkil olunmuş “Enerji sənayesində davamlılıq” panel müzakirəsində bildirib.
 
Onun sözlərinə görə, Azərbaycanda daha çox liberallaşdırılmış enerji bazarı olacaq və "SOCAR Green" bu keçidin ön cəbhəsinə çevrilir: "Biz Azərbaycanda ən böyük IPP olmaq istəyirik. Biz IPP-lərdən sadəcə biri olmağı deyil, enerjiyə keçid məsələsində Azərbaycanın milli enerji çempionu olmağı hədəfləyirik. Bunu "yaşıl texnologiyalar"la etmək istəyirik. Bunu günəş, külək, müxtəlif bərpa olunan enerji növləri, həmçinin geotermal, bioenerji ilə və ölkənin hər yerində, sadəcə bir məkanda cəmləşmədən etməyi hədəfləyirik".
 
O qeyd edib ki, şirkət buna kommunal və kommersiya miqyaslı layihələrlə etməyə can atır: "Məsələn, BP və Azərbaycan Biznesin İnkişafı Fondu ilə layihəmiz əslində Azərbaycanın ən böyük neft terminalı olan "Səngəçal" terminalını enerji ilə təmin etməkdir. Əsasən, biz neft terminallarını günəş enerjisi vasitəsilə dekarbonizasiya edirik və bununla biz ölkənin bir hissəsində günəş enerjisindən 500 milyon kilovat/saat enerji istehsal edirik".








Redaktorun seçimi