PAŞA Sığortadan tələbələr üçün maarifləndirici infosessiya

Hit: 264
PAŞA Sığortadan tələbələr üçün maarifləndirici infosessiya
BANM-in Ağ şəhər korpusunda PAŞA Sığorta şirkətinin təşkilatçılığı ilə tələbələr üçün maarifləndirici infosessiya keçirilib. Tədbirin əsas məqsədi gənclərə sığorta sahəsi, bu sahənin əhəmiyyəti və karyera imkanları haqqında geniş məlumat vermək olub.
 
Sessiya zamanı iştirakçılara PAŞA Sığortanın təqdim etdiyi əsas xidmətlər, şirkətdəki təcrübə və iş imkanları barədə ətraflı təqdimat olunub. Görüş interaktiv formatda keçib – tələbələr müzakirələrə cəlb olunub, suallar cavablandırılıb, eləcə də real nümunələr üzərində fikir mübadiləsi aparılıb.
 
Tədbirin sonunda infosessiya boyunca təqdim olunan məlumatlar əsasında interaktiv oyun təşkil edilib. Ən çox xal toplayan 5 iştirakçı PAŞA Sığorta tərəfindən hədiyyələrlə mükafatlandırılıb.








Redaktorun seçimi