“Komfort Construction” şirkətinin 86 min manat vergi borcu üzə çıxdı

“Komfort Construction” MMC-nin xeyli miqdarda vergi borcu var.
Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 86 605,51 manat təşkil edir.
“Komfort Construction” MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Mərdanov Elçin Famil oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.


