Yanvar-aprel aylarında 17 milyon dollarlıq sement ixrac edilib

Bu ilin yanvar-aprel aylarında ölkədən 17 milyon ABŞ dolları dəyərində 262 min tondan çox hazır və ya klinker formasında sement ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 26,4 faiz və ya 3,5 milyon dollar, həcm olaraq isə 17,7 faiz və ya 39,5 min ton çoxdur.
Cari ilin ilk 4 ayında bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,19 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,59 faizə bərabər olub.


