Azərbaycan ötən il birgə layihələrə 55 milyon manata yaxın vəsait ayırıb

Hit: 247
Azərbaycan ötən il birgə layihələrə 55 milyon manata yaxın vəsait ayırıb
2024-cü ildə Azərbaycanda beynəlxalq maliyyə təşkilatları birgə həyata keçirilən layihələrə 298,1 milyon manat xərclənib ki, bunun da 54,7 milyon manatı hökumətin, 243,4 milyon manatı isə xarici tərəfdaşların payına düşüb.
 
"Report" bu barədə "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə istinadən xəbər verir.
 
Məlumata görə, həmin vəsaitin infrastruktur (avtomobil və dəmir yollarının çəkilişi), sosial (məşğulluğa dəstək) və digər (mütərəqqi ədliyyə xidmətlərinin inkişafı və müasir məhkəmə infrastrukturunun yaradılması) sahələrdə icra olunan layihələrin maliyyələşdirilməsinə yönəldilib.
 
O cümlədən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iştirak etdiyi beynəlxalq layihələrə 24 milyon manat ayrılıb, kredit kimi isə 97,6 milyon manat vəsait istifadə olunub. İl ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə həyata keçirilən Gəncə-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsi başa çatdırılıb, Dünya Bankı ilə birgə icra olunan Yenikənd-Biləsuvar avtomobil yolunun yenidən qurulması davam etdirilib.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin icra etdiyi beynəlxalq layihələr çərçivəsində iştirak payı üzrə 30 milyon manat, kredit kimi isə 73,8 milyon manat istifadə olunub. Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyinin birgə təqdim etdiyi kredit vəsaitləri hesabına Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsi tam icra olunub.








Redaktorun seçimi