Azərbaycanın bank sektorunun aktivləri - 11 % artıb

Hit: 214
Azərbaycanın bank sektorunun aktivləri - 11 % artıb
Bu il mayın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 54 milyard 607,1 milyon manat təşkil edib.
 
Faktor.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il mayın 1-i ilə müqayisədə 10,9 % çoxdur.
 
Bankların aktivlərinin 26 milyard 442,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 13,9 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 47,2 %-dən 48,4 %-ə qalxıb.
 
Hesabat dövründə bank sektorunun öhdəlikləri 11 % artaraq 47 milyard 625,5 milyon manata, o cümlədən depozit portfeli 3,9 % artaraq 36 milyard 747,5 milyon manata çatıb. Bunun 14 milyard 547,9 milyon manatı fiziki, 22 milyard 199,6 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10,1 %, şirkətlərin banklardakı vəsaitləri isə 0,2 % artıb.
 
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 94,2 dəfə azalaraq 0,5 milyon manata enib.
 
Sektorun balans kapitalı isə 10,4 % artaraq 6 milyard 981,6 milyon manat təşkil edib.








Redaktorun seçimi