Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə debitor borcun ümumi məbləği məlum olub

Hit: 234
Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə debitor borcun ümumi məbləği məlum olub
2024-cü ilin sonuna Azərbaycanda dövlət əsaslı vəsait qoyuluşu üzrə debitor borc 22 sifarişçi üzrə 188,6 milyon manat təşkil edib.
 
"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
 
Sənədə əsasən, bunun 31,3 milyon manatı 4 sifarişçi üzrə hesabat ilində istifadə olunmayan vəsaitin akkreditiv hesaba köçurulməsi hesabına yaranıb.
 
Belə ki, 1 məxfi qurum üzrə 28,7 milyon manat vəsait, "Azərenerji" ASC üzrə 7,4 milyon manat, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi üzrə 4,6 milyon manat və "Baku Bus" MMC üzrə 0,2 milyon manat vəsait ilin sonuna akkreditiv hesaba köçürülüb.
 
"Dövlət əsaslı vəsait qoyuluşu xərclərində ümumi investisiya xərclərinin 7 %-ni təşkil edən mövcud debitor borcun 1,1 %-i vəsaitin akkreditiv hesaba köçürülməsi səbəbindən formalaşıb", - deyə rəydə qeyd olunub.
 
Debitor borcun 53,4 %-i 3 sifarişçi üzrə, o cümlədən 48,7 milyon manatı və yaxud 25,8 %-i Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, 28 milyon manatı və yaxud 14,8 %-i Elm və Təhsil Nazirliyi, 23,97 milyon manat və yaxud 12,7 %-i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və s. formalaşıb.
 
Hesablama Palatasının apardığı təhlillə müəyyən edilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 16 layihə üzrə qabaqcadan ödənilmiş vəsait hesabına Dövlət Xəzinədarlıq sistemində 43,3 milyon manat debitor borcunun olmasını göstərsə də, təqdim edilən hesabat məlumatlarında bu məbləğ icra edilən işlərin dəyəri ilə bağlanıb.








Redaktorun seçimi