“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb

Hit: 249
“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb
Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu AZCON Holding şirkətlərindən olan ASCO-nun gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.
 
Qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib.
 
Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.
 
Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.








Redaktorun seçimi