“The Ritz-Carlton” “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyasında qalib oldu

“PAŞA Real Estate” qürurla bildirir ki, “The Ritz-Carlton”, “Tashkent” oteli nüfuzlu “Asia Pacific Property Award” mükafatına layiq görülüb. Otel, Özbəkistanda “Ən Yaxşı Çoxfunksiyalı Memarlıq” nominasiyası üzrə qalib seçilib.
Bu mükafat layihənin memarlıq baxımından yüksək keyfiyyətini vurğulayır və “PAŞA Real Estate” şirkətinin beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirir.
Layihənin memarlıq konsepsiyası, dünya miqyasında tanınmış və şəhər məkanlarının yaradılmasında böyük təcrübəyə malik olan Benoy Limited şirkəti tərəfindən hazırlanıb. “The Ritz-Carlton”, “Tashkent” layihəsi qlobal dizayn standartları ilə regional memarlıq xüsusiyyətlərinin zərif vəhdətini əks etdirir.
Azərbaycan şirkəti olaraq qeyd edilən nailiyyətlə xüsusilə fəxr edirik. Bu, şirkətimizin strateji baxış düzgünlüyünün bariz sübutu, eləcə də Azərbaycanın qlobal daşınmaz əmlak sahəsində artan nüfuzunu nümayiş etdirən daha bir əhəmiyyətli uğurdur.
“Bu mükafat, “PAŞA Real Estate” şirkətinin beynəlxalq tərəfdaşlıq əlaqələrinin möhkəmliyinin təsdiqidir və region miqyasında əhəmiyyətli, genişmiqyaslı layihələrin həyata keçirilməsinə olan sadiqliyimizin bariz nümunəsidir”, - deyə “PAŞA Real Estate Qrup” şirkətinin baş direktoru (CEO) Özgür Geter bəy bildirib. “Biz Özbəkistanın memarlıq simasının formalaşmasına töhfə verməkdən və fəaliyyət göstərdiyimiz bütün bazarlarda beynəlxalq standartları tətbiq etməkdən böyük qürur duyuruq”.
Qeyd edək ki, “PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşıb. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup”, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.


