Xəzərə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb - FOTOLAR

Hit: 397
Xəzərə 100 000 nərə və 20 000 Xəzər qızılbalığı buraxılıb - FOTOLAR
Neftçala rayonunda “LU-MUN Holding”-in törəmə şirkəti olan Azerbaijan Fish Farm MMC 22 may Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə həyata keçirilən genişmiqyaslı ekoloji təşəbbüs çərçivəsində Xəzər dənizinə 100,000 nərə balığı və 20,000 Xəzər qızılbalığı buraxaraq bu əlamətdar günü qeyd etdi.
 
Tədbir Neftçala Olimpiya Kompleksində baş tutdu və 170-dən çox fəxri qonağın iştirakı ilə yadda qaldı. Qonaqlar arasındaKənd Təsərrüfatı Naziri cənab Məcnun Məmmədov, Ekologiya nazirliyi və digər dövlət qurumlarının nümayəndələri, xarici səfirliklər, ətraf mühit üzrə qeyri-hökumət təşkilatları, akvakultura və dayanıqlı inkişaf sahəsinin mütəxəssisləri, eləcə də aparıcı korporativ şirkətlərin təmsilçiləri yer almışdır. Bu tədbir Azerbaijan Fish Farm şirkətinin nəsli kəsilməkdə olan balıq növlərinin bərpası və Xəzər dənizinin ekosisteminin qorunmasına olan dərin sadiqliyini bir daha nümayiş etdirdi.
Bu ilki təşəbbüs bir sıra strateji tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Onların sırasında Azerbaijan Poultry Company (Mercan), AZAL, SOCAR, Wings (Sakura),  Gilan Holding, Azvarvara, CMS Properties, Alltech Coppens şirkətləri yer alır. Bu şirkətlər dayanıqlı təcrübələrin təşviqi və ətraf mühitin mühafizəsi sahəsində nümunəvi fəaliyyət göstərirlər.
 
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ilin dekabrında imzaladığı fərmana əsasən, ölkədə balıqçılıq və akvakulturanın inkişafı məqsədilə Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb. Bu təşəbbüs Xəzər dənizinin nadir balıq növlərinin qorunması və biomüxtəlifliyin bərpası istiqamətində dövlət səviyyəsində atılan mühüm addımlardan biridir.
 
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı  Mirhəsən Seyidov, Ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə xüsusi önəm verməsini, onun daim təbii və ilkin toxunulmazlığının qorunması, ölkəmizdə ekosistemin dayanıqlığına yönələn qərarların uğurla icra edilməsini, Ümummilli liderin başlatdığı ekoloji siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev  tərəfindən yeni inkişaf mərhələsinə qədəm qoymasını, layiqincə inkişafını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
LU-MUN Holding İdarə Heyətinin sədri Emil Məmmədsadıxov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin təbii resursların qorunması ilə bağlı çağırışları əsasında Neftçalada təşkil olunan bu balıq buraxılışı tədbiri ölkədə biomüxtəlifliyin artırılmasına xidmət edir. Bir neçə şirkətin dəstəyi ilə həyata keçirilən bu təşəbbüs, genişmiqyaslı faydalar yaratmaq məqsədilə davamlı əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır.
 
Azerbaijan Fish Farm şirkətinin direktoru Nurlan Abdinov isə bildirib ki, qarşıya qoyulan əsas məqsəd mərhələli şəkildə təbiətə buraxılan balıqların sayını 1 milyona çatdırmaqdır. Bu təşəbbüs, şirkətin “dayanıqlı və bərpaedici akvakultura” prinsipinə sadiqliyini nümayiş etdirir. Nərə və qızılbalıqların təbiətə buraxılması Azerbaijan Fish Farmın gündəlik fəaliyyətinin ayrılmaz hissəsidir.
 
Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva çıxışında qeyd edib ki, AZAL-ın “Sıfır/Sıfıra Yaxın Emissiya” Planının tərkib hissəsiolaraq, biomüxtəliflik ESG strategiyamızın əsas sütunlarından birinəçevrilib. Onun sözlərinə görə, dayanıqlılıq bizim üçün eyni zamandaekosistemlərin bərpası, təbii yaşayış mühitlərinin qorunması və təbiətə əsaslanan layihələrin dəstəklənməsi deməkdir
Rəsmi hissədən sonra qonaqlar Kür Təcrübi Nərə Balıqartırma Zavoduna səfər etdilər və burada şirkətin müasir texnologiyalar əsasında qurulmuş dayanıqlı balıqçılıq fəaliyyətləri ilə tanış oldular.
1
1
1
1
1
1








Redaktorun seçimi