4 ayda 63,5 milyon dollarlıq azot gübrəsi ixrac olunub

Hit: 182
4 ayda 63,5 milyon dollarlıq azot gübrəsi ixrac olunub
Bu ilin yanvar-aprel aylarında ölkədən 63,5 milyon ABŞ dolları dəyərində 215,6 min tondan çox azot gübrəsi ixrac olunub.
 
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 92,3 faiz və ya 30,4 milyon dollar, həcm baxımından isə 26,2 faiz və ya 44,7 min ton çoxdur.
 
Cari ilin ilk 4 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,72 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,95 faizə bərabər olub.








Redaktorun seçimi