Meyvə-tərəvəz üzrə ixrac göstəriciləri açıqlanıb

Hit: 161
Meyvə-tərəvəz üzrə ixrac göstəriciləri açıqlanıb
Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 207 milyon ABŞ dolları dəyərində 175,6 min tondan çox tərəvəz və meyvə ixrac edilib.
 
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 14,8 faiz və ya 26,7 milyon dollar, həcmi isə 17,5 faiz və ya 26,1 min ton artıb.
 
Qeyd edək ki, cari ilin ilk dörd ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 2,36 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 19,38 faizə bərabər olub.








Redaktorun seçimi