AQSİA Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTOLAR

Hit: 1152
AQSİA Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində - FOTOLAR
13–16 may tarixlərində baş tutan 18-ci Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sənayesi Sərgisində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) yerli və beynəlxalq məhsullarla uğurla təmsil olundu.
 
Faktor.az xəbər verir ki, sərginin rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etdi. Açılış çərçivəsində bir çox dövlət rəsmiləri və yüksək səviyyəli qonaqlar AQSİA pavilyonuna baş çəkərək, qadın sahibkarların məhsulları və fəaliyyəti ilə yaxından tanış oldular. Bu diqqət, qadın sahibkarlığının inkişafına verilən yüksək dəyərin əyani göstəricisi oldu.
 
AQSİA pavilyonunda Assosiasiya üzvlərinin istehsal etdiyi keyfiyyətli yerli məhsulların yanaşı, Türkdilli dövlətlərdən – Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan olan qadın sahibkarların məhsulları və Azərbaycanda investisiya qoyduqları məhsulları nümayiş etdirildi.
 
Sərgi bir daha göstərdi ki, qadın sahibkarlar yalnız yerli bazarlarda deyil, həm də beynəlxalq səviyyədə söz sahibinə çevrilmək gücünə malikdirlər. Bu cür tədbirlər onların potensialını ortaya çıxarmaq, təcrübə mübadiləsi aparmaq və biznes əlaqələrini genişləndirmək üçün əvəzsiz platformadır.
 
AQSİA olaraq qadın sahibkarların beynəlxalq tədbirlərdə aktiv iştirakını hər zaman dəstəkləyirik və inanırıq ki, növbəti illərdə daha çox qadın bu cür nüfuzlu platformalarda öz məhsul və brendləri ilə təmsil olunacaq.
 
Həyata keçirilən bu təşəbbüslər kənd təsərrüfatının davamlı inkişafına və ərzaq təhlükəsizliyinin təmininə (BMT-nin 2-ci məqsədi – Aclığa son), qadınların iqtisadi və sosial cəhətdən güclənməsinə (5-ci məqsəd – Gender bərabərliyinə nail olunması), eləcə də məsuliyyətli istehsal və istehlak modellərinin təşviqinə (12-ci məqsəd – Məsuliyyətli istehsal və istehlak) töhfə verir.
 
Sərginin təşkilinə görə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə, və qadın sahibkarların iştirakı üçün göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkürümüzü bildiririk.
AQSİA –qadın sahibkarların güclü tərəfdaşı və dəstəkçisi olaraq onları daha geniş imkanlara aparan yolda ilham verməyə davam edir və onları AQSİA çətiri altında birləşdirir.
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi