Biznes nümayəndələri ilə növbəti görüş keçirilib

Hit: 159
Biznes nümayəndələri ilə növbəti görüş keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə biznes nümayəndələri ilə görüş keçirilib.
 
Tədbirə 100-ə yaxın sahibkarla yanaşı, Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də qatılıblar.
 
İdxal-ixrac sahəsində fəaliyyət göstərən sahibkarlar və müvafiq dövlət qurumları arasında birbaşa dialoq mühitinin yaradılması məqsədilə təşkil olunan görüşdə biznes nümayəndələri praktiki məsələlərə dair suallarını ünvanlayıb, proseslərlə bağlı təkliflərini səsləndiriblər. Bu təkliflər diqqətlə dinlənilib, aidiyyəti qurumların nümayəndələri tərəfindən hər bir məsələyə dair ətraflı izahlar verilib. Həmçinin, qaldırılan bir sıra məsələlərin araşdırılması və həlli üçün müvafiq addımların atılacağı bildirilib.








Redaktorun seçimi