Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun payına düşüb

Cari ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 266,1 milyon manat və ya 4 faiz artım deməkdir.
Qeyri-neft-qaz sektorundan daxil olmalar 4 milyard 948 milyon manatdan çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artım deməkdir. Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.


