Rolls-Royce-un Özbəkistanda təntənəli debütü - FOTOLAR

Rolls-Royce Motor Cars Baku şirkəti ilk dəfə olaraq, Özbəkistanda və Mərkəzi Asiyada debüt edən yeni iki modeli paytaxtda keçirilən eksklüziv müştəri tədbirində təqdim etdi.
Böyük Britaniyanın Özbəkistandakı səfiri cənab Timoti Smart çıxışında dedi: “Spirit of Ecstasy” heykəlciyi Britaniyanın lüksün zirvəsini təcəssüm etdirən misilsiz bir simvoldur. Rolls-Royce-un Özbəkistanda yeni modellərini təqdim etdiyini görməkdən məmnunam və Britaniya dizaynı, mühəndisliyi və istehsalının ən yaxşı nümunələrini Daşkənddəki dostlarımıza göstərə bildiyimiz üçün qürur duyuram”.
Baş direktor Bayram Yaqubov qeyd edib: “Ötən il Rolls-Royce Phantom-u təqdim etdikdən sonra, Rolls-Royce Motor Cars Baku-nun bugünkü bu görkəmli hadisəni səhnədə qeyd etməyimdən şərəf duyuram. Bizim fəlsəfəmiz etibarlı müştəri münasibətlərinin davamlı uğurun açarı olmasıdır, biz uzunmüddətli əlaqələr qurmaq və onları dəstəkləmək üçün buradayıq”.
BLACK BADGE SPECTRE
Bütün xüsusiyyətləri ilə Black Badge Spectre — indiyədək yaradılmış ən güclü və cəsarətli Rolls-Royce modelidir. O, bu avtomobili arzulayan və onun üçün sifariş verən şəxslərin ruhunu mükəmməl şəkildə əks etdirir.
Rolls-Royce Motor Cars şirkətinin Mərkəzi və Şərqi Avropa, eləcə də Mərkəzi Asiya üzrə korporativ kommunikasiya rəhbəri Frank Timann qeyd edib: “Black Badge müştəriləri fərqlidirlər – onlar heç vaxt mövcud vəziyyətlə kifayətlənmir və lüks anlayışının ənənəvi çərçivələrini qəbul etmirlər. Bütün Rolls-Royce sahibləri kimi, onlar da yalnız yüksək zövqlə hazırlanmış məhsulları və qüsursuz təcrübəni qəbul edirlər. Lakin onlar eyni zamanda daha enerjili xarakterə və öz dünyalarını, şəxsi hekayələrini əks etdirən münasibətə üstünlük verirlər.”
Black Badge Mühəndisliyi – Daha Canlı Sürücülük Təcrübələri
Black Badge Spectre üçün heyranedici güc artımları konsepsiyası, güc aqreqatında edilən iki yenilik sayəsində ən yüksək həddə çatdırılıb. Bu funksiyaların tarixi presedenti var: Supermarine Spitfire kimi əfsanəvi Rolls-Royce Merlin mühərriki ilə təchiz edilmiş təyyarələrdə pilotlar, qaz qolundakı bir düyməni basaraq qısa müddətli güc artımı əldə edə bilirdilər. Pilotlar, aviasiya mühəndisləri üçün bir ehtiyat tədbiri olaraq, bu funksiyanın istifadəsi barədə eniş zamanı məlumat verməli.
Badge Dizaynı – Tündləşdirilmiş Estetika
Bütün əvvəlki Black Badge modellərində olduğu kimi, Black Badge Spectre-nin güzgü kimi cilalanmış eksteryer elementləri də onun qaranlıq, "nuar" xarakterini vurğulayan xüsusi tünd rəngdədir. Bu, məsələn, məşhur Pantheon barmaqlıqının çərçivəsinə, "Ekstaz Ruhu" heykəlciyinə və qoşa "R" nişanına aiddir.
Cullinan Series II – Dünyanın Ən Nüfuzlu Super-Lüks SUV Modelinin Cəsarətli Təkamülü
Yeddi il əvvəl təqdim olunan orijinal Cullinan modeli, Yer kürəsinin ən çətin və sərt şəraitində belə tam ötürücülü, həqiqi off-road imkanlarına malik olmalı idi. Eyni zamanda, o, Rolls-Royce-a xas misilsiz rahatlığı və "sehrli xalça sürüşü" təəssüratını istənilən relieflə üzləşsə belə təmin etməliydi. Bu avtomobil, bütün aspektlərdə, əsl super-lüks SUV anlayışının zirvəsi olmalı idi – asanlıqla və hər yerdə.
Ünvan: Bakı, Ə.Əli-Zadə küç.5
Veb-sayt: www.rolls-roycemotorcars.az
"Instagram": @rollsroycecarsbaku
Əlaqə nömrəsi: +994502683314


