Prezident “Agro Dairy” şirkətinin stendini ziyarət etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri çərçivəsində “Agro Dairy” şirkətinin stendini ziyarət edib.
“Agro Dairy” şirkətinin baş İcraçı Direktoru Niyazi Əmirbəyov ölkə başçısına şirkətin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Qeyd edək ki, 10 ildir fəaliyyət göstərən “Agro Dairy” Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida şirkətlər qrupundan biridir.
Qrupa daxil olan 14 şirkət bir araya gələrək Azərbaycanın kənd təsərrüfatı və qida istehsalı sahələrində müasir və inteqrasiya olunmuş yanaşmalar təqdim edir.


