“Azeed Agro” barədə məhkəməyə müraciət edildi - rəhbərinə “stop” qoyuldu

Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azeed Agro” MMC barədə məhkəməyə ərizə ilə müraciət edib.
Valyuta.az xəbər verir ki, qurum məhkəmədə şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını xahiş edib. Buna səbəb “Azeed Agro” MMC-nin 13 305,23 manat vergi borcu olmasıdır.
Ərizəyə Bakı Kommersiya Məhkəməsində hakim Günay Namazovanın sədrliyi ilə baxılıb. Günay Namazova “Azeed Agro” MMC-nin rəhbərinə “stop” qoyulması barədə qətnamə çıxarıb.
“Azeed Agro” şirkəti 19 may 2020-ci ildə qyediyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu ev 9, mənzil 30-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Emil İlqar oğludur. Qeyd edək ki, “Azeed Agro” MMC taxıl toxumçuluğu ilə məşğul olur.


