Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb

Hit: 169
Naxçıvanda vergi daxilolmaları 23 %-ə yaxın artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 77,3 milyon manat vergi daxil olub.
 
Faktor.az bu barədə quruma istinadən xəbər verir.
 
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,8 % çoxdur.
 
Hesabat dövründə ödənilən vergilərin 67,7 %-i qeyri-dövlət sektorunun, 32,3 %-i isə dövlət sektorunun payına düşüb.
 
Qeyri-dövlət sektorundan daxilolmalar 52,3 milyon manat təşkil edib. 2024-cü ilin 4 ayına nisbətən bu sektordan vergi daxilolmaları 11,8 milyon manat və ya 29,1 % çox olub. 








Redaktorun seçimi