Cəlal Qasımov “April Luncheon” tədbirində iştirak edib

Hit: 712
Cəlal Qasımov “April Luncheon” tədbirində iştirak edib
PAŞA Holding-in baş icraçı direktoru Cəlal Qasımov AmCham-in təşkil etdiyi “April Luncheon” tədbirində iştirak edib.
 
Bir müddət öncə, AmCham-in təşkilatçılığı ilə “April Luncheon” tədbiri keçirilib. Tədbirin açılış nitqində AmCham-in prezidenti və PAŞA Holding-in baş icraçı direktorunun biznesə dəstək üzrə müavini Dəyanət Sadullayev bu cür görüşlərin əməkdaşlığın gücləndirilməsi və davamlı irəliləyişin təşviqi baxımından vacibliyini vurğulayıb.
 
Dəyanət Sadullayev qeyd edib ki, müxtəlif sahələrin aparıcı nümayəndələrinin bir araya gəlməsi bilik və təcrübə mübadiləsi üçün mühüm imkanlar yaradır və ölkəmizin biznes mühitinin inkişafına töhfə verir.
 
Cəlal Qasımov PAŞA Holding-in maliyyə, daşınmaz əmlak, turizm, pərakəndə satış və digər sahələrdə Azərbaycan iqtisadiyyatına verdiyi əhəmiyyətli töhfələrə dair ətraflı təqdimatla çıxış edib. 22,000-dən çox əməkdaşı ilə PAŞA Holding ölkədə məşğulluğun artırılması və iqtisadi inkişafın dəstəklənməsi baxımından mühüm rol oynamaqda davam edir.
 
Cəlal Qasımov həmçinin PAŞA Holding-in insan kapitalının inkişafına və innovasiyaların təşviqinə verdiyi önəmi xüsusi olaraq qeyd edib. Bununla yanaşı, şirkətin sosial məsuliyyət strategiyasının təhsilin inkişafı, ictimai səhiyyə və qadınların gücləndirilməsi kimi sahələrdə real və davamlı təsirə malik təşəbbüslərə yönəldiyini vurğulayıb.








Redaktorun seçimi