“Azərsun”da ənənəvi “Qan ver, yaşat” layihəsi

“Azərsun Holdinq”in 15 ildən artıqdır ki, davam etdirdiyi “Qan ver, yaşat” sosial layihə çərçivəsində növbəti qanvermə aksiyası baş tutub.
Könüllülük prinsipi əsasında təşkil olunan bu layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən azyaşlı uşaqlara həyat vermək, onların müalicəsinə dəstək olmaqdır. Layihə həmçinin cəmiyyət arasında donorluq mədəniyyətinin formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət edir.
Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, toplanan qan nümunələri müvafiq laborator analizlərdən keçdikdən sonra Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilir. Layihə çərçivəsində ötən illər ərzində Mərkəzi Qan Bankına ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının xilas edilməsinə töhfə olub.


