Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

“Şirvan” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib, həmçinin “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və “Rəqəmsal Gömrük Dəyəri” layihələrinin əhəmiyyətindən və faydalarından bəhs edilib.
Sonda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.


