Bu küçə təmir olunur

Hit: 166
Bu küçə təmir olunur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonunun Hövsan qəsəbəsində şəhid Elmaz Hacıyevin adını daşıyan küçədə təmir işləri aparılır.
 
Agentlikdən Faktor.az-a bildirilib ki, sözügedən küçənin uzunluğu 600 metr təşkil edir.
 
Təmir çərçivəsində küçədə zəruri yerlərdə yararsız qruntun çıxarılması, əks-dolğu işlərinin icrası ilə küçənin profilə salınması işləri aparılıb.
 
Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür.








Redaktorun seçimi