"PAŞA Travel" "CENTRUM Air"in Azərbaycanda baş satış agenti təyin olunub

Hit: 162
"PAŞA Travel" "CENTRUM Air"in Azərbaycanda baş satış agenti təyin olunub
Fərdi və korporativ səyahət həlləri üzrə ixtisaslaşmış Azərbaycanın aparıcı turizm şirkəti "PAŞA Travel" Özbəkistanın sürətlə inkişaf edən aviaşirkəti "CENTRUM Air" ilə əməkdaşlığa başladığını elan edir. Bu əməkdaşlıq çərçivəsində "PAŞA Travel" "CENTRUM Air"in Azərbaycanda baş satış agenti (GSA) funksiyalarını yerinə yetirəcək.
 
Əməkdaşlığın ilk mərhələsi olaraq, mayın 5-dən Bakı və Daşkənd arasında birbaşa müntəzəm uçuşlar həyata keçiriləcək.
 
Uçuşlar həftədə bir dəfə - hər bazar ertəsi "Airbus A320" tipli təyyarələrlə reallaşdırılacaq.
 
Aktual uçuş cədvəli:
 
Bakı → Daşkənd (S6252): çıxış – 19:20, çatma – 22:50
Daşkənd → Bakı (S6251): çıxış – 16:15, çatma – 18:20
Bu əməkdaşlığın məqsədi Azərbaycan və Özbəkistan arasında hava nəqliyyatını gücləndirmək, turizm imkanlarını genişləndirmək və sərnişinlər üçün daha zəngin seçimlər təqdim etməkdir. Bu addım eyni zamanda "PAŞA Travel" şirkətinin regional hava daşımaları sahəsində mövqeyini daha da gücləndirəcək.
 
"CENTRUM Air" 2023-cü ildə təsis edilib və qısa müddətdə böyük uğurlar əldə edib. Şirkət yalnız 2024-cü ildə 500 mindən çox sərnişin daşımaqla, Özbəkistanın ən böyük özəl aviaşirkətinə çevrilib. "CENTRUM Air" Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif istiqamətlərinə sərfəli və keyfiyyətli uçuşlar təklif edir.
 
Ətraflı məlumat və biletlərin əldə olunması üçün:
 
www.centrum-air.com








Redaktorun seçimi