KOBİA-nın dəstəyi ilə "Parla Pharmaceuticals" Azərbaycandan Səudiyyə Ərəbistanına dərman ixracına başlayır - FOTOLAR

Hit: 655
KOBİA-nın dəstəyi ilə "Parla Pharmaceuticals" Azərbaycandan Səudiyyə Ərəbistanına dərman ixracına başlayır - FOTOLAR

KOBİA-nın təşəbbüsü və dəstəyi ilə Parla Pharmaceuticals Azərbaycanın yüksək texnologiyalı dərmanlarının ixracına başlayır.

Parla Pharmaceuticals Səudiyyə Ərəbistanındakı tərəfdaşı ilə strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın yüksək texnologiyalı dərmanlarının ixracına başlayır.
 
Parla Pharmaceuticals şirkəti KOBİA-nın həmsədrliyi ilə 28 aprel 2025-ci il tarixdə Ər-Riyad şəhərində keçirilən Səudiyyə - Azərbaycan Birgə İşgüzar Şurasının İclasında iştirak etmişdir. Eyni zamanda KOBİA-nın dəstəyi və təşəbbüsü ilə National Development Group Holding ilə Anlaşma Memorandumu (MoU) imzalayaraq Azərbaycanın əczaçılıq sənayesində mühüm bir mərhələyə qədəm qoymuşdur.
 
Bu anlaşma, Azərbaycan istehsalı olan yüksək keyfiyyətli biotexnoloji və onkoloji dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracına başlayır. Növbəti mərhələdə isə elmi-texnologiya transferi və Krallıqda birgə istehsal müəssisəsinin qurulması planlaşdırılır. Bu əməkdaşlıq Parla üçün qlobal genişlənmə planlarının strateji hissəsini təşkil edir və Azərbaycanın beynəxalq bazarlarda strateji mövqeyini gücləndirəcək.
 
İlkin mərhələdə əməkdaşlıq hematologiya, endokrinologiya və onkologiya sahələrində istifadə edilən 10-a yaxın qabaqcıl dərmanları əhatə edəcək. Bu məhsullara Rekombinant Faktor VIII, Teriparatide, Semaglutide və Palbosiclib daxildir. Layihə, KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və Səudiyyə Ərəbistanının Xarici İnvestisiya Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
 
“Bu sadəcə kommersiya əməkdaşlığı deyil – bu, elmi potensialın birgə qurulması, qabaqcıl müalicələrin əlçatanlığının genişləndirilməsi və Azərbaycanın innovasiya gücünün beynəlxalq arenada nümayiş etdirilməsi üçün strateji bir addımdır” deyə Parla Pharmaceuticals şirkətinin Baş Direktoru Arash Nosrati bildirib.
 
Parla Pharmaceuticals haqqında
Parla Pharmaceuticals Azərbaycanın ilk elmi əsaslı əczaçılıq şirkətidir. Şirkət rekombinant zülallar, onkoloji müalicələr və hormon preparatlarının istehsalı üzrə ixtisaslaşıb. Parla həm Azərbaycan, həm də dünya bazarlarında keyfiyyətli və əlçatan dərmanların təmin edilməsi üçün ciddi addımlar atır.
 
1
1








Redaktorun seçimi