Azərbaycanda “Xiaomi Pad 7” Seriyasının satışına başlanılıb - FOTOLAR

Hit: 714
Azərbaycanda “Xiaomi Pad 7” Seriyasının satışına başlanılıb - FOTOLAR

Hər iki model 3.2K genişməyə, 3:2 tərəflər nisbətinə və adaptiv HDR texnologiyasına malik  11,2 düymlük displeylə təchiz edilmişdir. “TÜV Rheinland” sertifikatlı displey kristal kimi aydın təsvir imkanlarına malikdir. 144 Hz-dək yeniləmə tezliyini dəstəkləyir ki, bu da vizual təcrübəni daha axıcı edir. 345 ppi yüksək piksel sıxlığı sayəsində displey mətnin aydın və təsvirlərin parlaq olmasını təmin edir. Studiya səviyyəli rəng kalibrləməsi və 68 milyard rəngin dəstəklənməsi dəqiq və real rəng təsvirini təmin edir. Bu planşetlər həm də çox yüngüldür. Onların çəkisi cəmi 500 q, qalınlığı isə 6,18 mm-dir. Dolby Atmos® texnologiyalı 4 dinamik immersiv səs imkanlarını təmin edir, “Xiaomi HyperOS 2” əməliyyat sistemi isə “Xiaomi HyperConnect” ilə performansı yeni səviyyəyə yüksəldir.

 

“Xiaomi HyperOS2” əsasında işləyən “Xiaomi HyperConnect”, cihazlar arasında asan inteqrasiyanı təmin edən yenilənmiş, intuitiv interfeys təqdim edir. “NFC Sharing”dən istifadə etməklə “Xiaomi Share”ə asanlıqla daxil ola, sadəcə toxunuşla faylları bir anın içində göndərə və cihazları qoşa bilərsiniz. “Home screen+ 2.0” sayəsində “Xiaomi Pad 7” Seriyalı planşetdən birbaşa smartfonda eyni anda iki tətbiqi işə salmaq mümkündür. Həmçinin tətbiq vasitəsilə smartfonunuzun və planşetinizin kameralarını eyni anda aktivləşdirmək mümkündür. Smartfon kamerasından görüntünün yayımlanması imkanı təqdimatların keyfiyyətini yaxşılaşdırır, yaradıcı və iş proseslərinin effektivliyini artırır. Bu funksiya dinamik, çoxrakurslu videokontent üçün uyğundur. “Xiaomi Pad 7” seriyası, planşeti masaüstü kompüterə bənzər interfeysə çevirən iş stansiyası rejiminə malikdir. Bunun sayəsində o, üzən pəncərələr, tənzimlənə bilən tətbiq ölçüləri təklif edir və beləliklə, eyni anda bir neçə tapşırığı yerinə yetirmək imkanını asanlaşdırır. Qabaqcıl AI, mətnlərin korrektə və ya tərcümə edilməsi üçün “ AI Notes” (Qeydlər), “AI Translate” (Tərcüməçi) və “Mi Canvas”da “AI Art” (Rəsm) kimi ağıllı alətlərlə performansı yüksəldir. Birlikdə bu funksiyalar “Xiaomi Pad 7” Seriyasını iş və yaradıcı fəaliyyət üçün güclü alətə çevirir.

 

“Xiaomi Pad 7 Pro” “Snapdragon® 8s Gen 3” mobil platforması ilə performansı yeni səviyyəyə yüksəldir. Onun 32 meqapiksellik ön AON kamerası və 50 meqapiksellik əsas kamerası peşəkar foto və video çəkilişi təmin edir. “Xiaomi Pad 7 Pro” üçün unikal olan Wi-Fi 7 texnologiyası ildırımsürətli bağlantını təmin edir, yan barmaq izi skaneri isə təhlükəsizliyi artırır. 8850 mAs həcmli batareya HyperCharge 67 Vt texnologiyasını dəstəkləyir və cəmi 79 dəqiqə ərzində tam şarj olunur. Onun alüminiumdan hazırlanmış eleqant bütöv korpusu möhkəmliyi və zərifliyi özündə birləşdirir ki, bu da onu peşəkarlar üçün ideal seçim edir. “Xiaomi Pad 7” iş və əyləncə arasında tarazlıq axtaranlar üçün əla seçimdir. Onun 13 meqapiksellik əsas kamerası yüksək keyfiyyətli fotoşəkillər çəkməyə, 8 meqapiksellik ön kamerası isə aydın videozənglər etməyə və selfilər çəkməyə imkan verir. “Snapdragon® 7+ Gen 3 Mobile Platform” əsasında işləyən bu cihaz, çoxtapşırıqlılıq və əyləncə üçün etibarlı performansı təmin edir. “Xiaomi Pad 7” effektiv bağlantı üçün Wi-Fi 6E5 və cəmi 103 dəqiqə ərzində tam şarjı təmin edən 45 Vt-luq turboşarj ilə təchiz edilib.

 

“Xiaomi Pad 7 Pro” və “Xiaomi Pad 7” smartfonlarına əlavə olunan mükəmməl aksesuarlar peşəkarlara və adi istifadəçilərə performansı və kreativliyi artırmaq üçün alətlər təklif edir. “Xiaomi Pad 7/7 Pro Focus Keyboard”un altişıqlanmalı düymələri, tənzimlənən maililik bucaqları və komfortlu yazı təcrübəsi sayəsində istifadə rahatlığını artırır. İndi yeni ağ rəngdə təklif olunan “Xiaomi Focus Pen” emalın gecikmə müddətini millisaniyə səviyyəsində azaldır və 8192 sıxma həssaslığı səviyyəsinə malikdir ki, bu da onu qeydlər, rəsm və dəqiq tapşırıqlar üçün ideal alətə çevirir. “Xiaomi Pad 7/7 Pro”nun qoruyucu çexolu uzunömürlülüyü və fərqli üslubu təmin edir, gündəlik istifadə zamanı cihazların təhlükəsiz və ilkin vəziyyətdə qalmasına zəmanət verir.

 

Xiaomi Pad 7 üç rəng variantında təklif olunur: göy, boz və yaşıl⁸

Qiymət:

Xiaomi Pad 7 8 GB + 256 GB — 899 AZN

Xiaomi Pad 7 Pro 8 GB + 256 GB — 1089 AZN

Cihazın rəsmi satış nöqtələri: Kontakt, İrşad Baku Electronics.

 

Xiaomi Pad 7” və “Xiaomi Pad 7 Pro”nun şəkilləri

foto:

 

Xiaomi Pad 7” və “Xiaomi Pad 7 Pro”nun qısa xarakteristikası

 

Xiaomi Pad 7

Xiaomi Pad 7 Pro

Displey

- 11,2 düymlük kristal kimi aydın təsvir

- 3,2K genişlənmə (3200 x 2136), 345 ppi

- 144 Hz-dək yenilənmə tezliyi

- Maksimum 800 nit adaptiv HDR texnologiyası

- DC-tutqunlaşma, parlaqlığı 4096 səviyyədə tənzimləmə imkanı

-  Dolby Vision® dəstəyi

- TÜV Rheinland Low Blue Light (cihaz həlli)

- “TÜV Rheinland Flicker Free” sertifikatı

- “TÜV Rheinland Circadian Friendly” sertifikatı

- 11,2 düymlük kristal kimi aydın təsvir

- 3,2K genişlənmə (3200 x 2136), 345ppi

- 144 Hz-dək yenilənmə tezliyi

- Maksimum 800 nit adaptiv HDR texnologiyası

- DC-tutqunlaşma, parlaqlığı 4096 səviyyədə tənzimləmə imkanı

- Dolby Vision® dəstəyi

- TÜV Rheinland LowBlueLight (cihaz həlli)

- “TÜV Rheinland Flicker Free” sertifikatı

- “TÜV Rheinland Circadian Friendly” sertifikatı

Xiaomi HyperOS 2

- Xiaomi HyperCore

- Xiaomi HyperConnect

- Xiaomi əlaqəsi

  • Home screen + 2.0 2
  • Kamera görüntülərinin cihazlar arasında yayımlanması
  • Zənglərin sinxronlaşdırılması

-  Kross-platforma əlaqəsi

  • Xiaomi Smart Hub
  • Səsləndirilən səsin ötürülməsi

- AI qeydlər 3

- AI tərcüməçi 3

- AI subtitrlər 3

- AI rəsm 3

 

- Xiaomi HyperCore 

- Xiaomi HyperConnect

- Xiaomi əlaqəsi

  • Home screen+2.02
  • Kamera görüntülərinin cihazlar arasında yayımlanması
  • Zənglərin sinxronlaşdırılması

- Kross-platforma əlaqəsi

  • Xiaomi Smart Hub
  • Səsləndirilən səsin ötürülməsi 

- AI qeydlər 3

- AI tərcüməçi 3

- AI subtitrlər 3

- AI rəsm 3

- AI təsvirin genişləndirilməsi 3

- AI pozan PRO3

Performans

Snapdragon® 7+ Gen 3 prosessoru

- 4nm texniki proses

- CPU: Cortex-X4 Prime Core, up to 2.8 GHz

- GPU: Adreno™

RAM: LPDDR5X, ROM: UFS 4.0, UFS 3.1 25

- 8GB+128GB / 8GB+256GB / 12GB+256GB 26

Snapdragon® 8s Gen3 prosessoru

- 4nm texniki proses

- CPU: Cortex-X4 Prime Core, upto3.0GHz

- GPU: Adreno™

RAM: LPDDR5X, ROM: UFS4.0, UFS3.1 25

- 8GB+128GB / 8GB+256GB/12GB+512GB 26

Batareya və akkumulyator

- Akkumulyator 8850 mAs (tip.)

- Turboşarj 45 Vt5

- Akkumulyator 8850 mAs (tip.)

- 67 Vt-luq “HyperCharge” sürətli şarj cihazı5

- “Xiaomi Surge G1” çipseti

Audio

- 4 dinamik

- Hi-Res / Hi-Res Wireless Audio | Dolby Atmos®

- Səsin 200% gücləndirilməsi 27

- 4 dinamik

- Hi-Res / Hi-Res Wireless Audio | DolbyAtmos®

- Səsin 200% gücləndirilməsi 27

Kamera

- 13 meqapikselli əsas kamera

- 1/3,06" piksel ölçüsü 1,12 mkm

- f/2.2 PDAF

8 meqapikselli ön kamera

- 1/4" piksel ölçüsü 1,12 mkm

- f/2.28

- 50 meqapikselli əsas kamera

- 1/2,76" 1,28 mkm piksel ölçüsü

- f/1,8 PDAF

32 meqapikselli, hər zaman aktiv ön kamera, 98° FOV

- 1/3,6" 1,22 mkm piksel ölçüsü

- f/2,2

Dizayn

- Bütöv alüminium korpus

- Ölçü: 251,22 mm x 173,42 mm x 6,18 mm

- Çəki: 500 q

- Rənglər: boz, göy, yaşıl

- Bütöv alüminium korpus

- Ölçü: 251,22 mm x 173,42 mm x 6,18 mm

- Çəki: 500 q

- Rənglər: boz, göy, yaşıl və kağız effektli şüşə versiyası

Qoşulma imkanları

- Wi-Fi 6E4 

- USB 3.2 Gen 1

- Bluetooth® 5.4

- Wi-Fi 74

- USB 3.2 Gen 1

- Bluetooth® 5.4

Aksesuarlar

- Xiaomi Pad 7 / 7 Pro Focus Keyboard

- Xiaomi Pad 7 / 7 Pro Keyboard

- Xiaomi Focus Pen8 

- Xiaomi Pad 7 / 7 Pro Cover 

- Xiaomi Pad 7 / 7 Pro Screen Protector

- Xiaomi Pad 7 / 7 Pro Focus Keyboard

-  Xiaomi Pad 7 / 7 Pro Keyboard

- Xiaomi Focus Pen8 

- Xiaomi Pad 7 / 7 Pro Cover

- Xiaomi Pad 7 / 7 Pro Screen Protector

 

 

1
1
1
1
1
1








Redaktorun seçimi