Sumqayıtda Qadın Sahibkarlığına dəstək! - FOTOLAR

Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Sumqayıtda öz nümayəndəliyinin fəaliyyətə başladığını böyük fəxrlə elan edir!
Bu addım Sumqayıtda qadın sahibkarlığının yeni mərhələyə keçidi üçün mühüm imkanlar yaradacaq – işgüzar xanımlar bir araya gələcək, şəbəkələşəcək və inkişaf edəcək.
Faktor.az xəbər verir ki, ilk təşəbbüs çərçivəsində, AQSİA üzvü Kids Academy ilə birgə təşkilatçılıqda və Turan Qastronomiya və Turizm Akademiyasının ev sahibliyi ilə, şəhərin 60 işgüzar xanımı üçün uğurlu bir təlim həyata keçirildi.
"Vaxt Sənin Kapitalındır" adlı bu motivasiyaedici təlimdə iştirakçılar:
Günlərini daha effektiv idarə etməyi,
Prioritetləri düzgün müəyyən etməyi,
Təxirəsalmanı aşmağı,
Ən uğurlu zaman idarəetmə texnikalarını tətbiq etməyi,
Fokuslanaraq hədəflərə çatmağın yollarını
öyrəndilər.
Təlim, məhsuldarlıq və zaman idarəetməsi sahəsində tanınmış mütəxəssis Doğan Tomris tərəfindən aparıldı və iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.
AQSİA Sumqayıt nümayəndəliyi yaxın aylarda da işgüzar xanımlar üçün səhər yeməkləri, şəbəkələşmə tədbirləri və inkişaf yönümlü seminarlar keçirməyi planlaşdırır.
İndi birlikdə daha güclüyük!
Sumqayıtın sahibkar qadınları üçün yeni dövr başlayır – gəl, sən də bu inkişafın bir parçası ol!
Ətraflı məlumat və iştirak üçün AQSİA Sumqayıt nümayəndəliyi ilə əlaqə saxlayın.


