Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

Hit: 166
Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb
Bu ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20,46 milyon ədəd təşkil edib.
 
Mərkəzi Bankın hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17,4 faiz artıb.
 
Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 0,01 faiz təşkil edib. Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 dəfə artıb.
 
2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
 
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67 faizini təşkil edib.








Redaktorun seçimi