Balaxanı neftçiləri Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd etdi - FOTOLAR

Hit: 380
Balaxanı neftçiləri Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd etdi - FOTOLAR
28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günündə “Balakhani Operating Company LTD” işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılmasında fərqlənən bir qrup əməkdaşını təltif edib.
 
Faktor.az xəbər verir ki, onları təbrik edən şirkətin vitse-prezidenti Əli Həsənli iş sahələrinə dair hazırlanmış təlimatların tətbiqinin vacibliyini vurğulayıb və əməkdaşların bilik səviyyəsinin artırılması məqsədilə maarifləndirmə tədbirləri və kursların davamlı təşkil olunacağını qeyd edib.
 
Beynəlxalq Əmək Təşkilatının (BƏT) 2003-cü ildən bəri xüsusi təqvim kimi qeyd etdiyi günü Balaxanı neftçiləri istehsalatda bədbəxt hadisələrin qarşısının alınması, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına davamlı diqqətin artırılması mövzusunda fikir mübadiləsi aparmaqla keçiriblər.
 
Ətraf Mühitin Mühafizəsi üzrə şirkət prezidentinin müavini Ramil Əliyev Azərbaycanda əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması və təhlükəsiz iş yerlərinin yaradılmasının dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu xatırladaraq, “Balakhani Operating Company LTD”yə  illik plan-qrafikə uyğun müxtəlif profilaktik tədbirlər, monitorinqlər və təlimlərin keçirildiyini diqqətə çatdırıb. Bununla işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması təmin olunmaqdadır.
 
1
1
1








Redaktorun seçimi