PAŞA Sığorta infosessiya keçirib

"PAŞA Sığorta" ASC sığorta sahəsində maarifləndirmə tədbirlərinin bir hissəsi olaraq Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində infosessiya keçirib.
Sessiyanın açılışında fakültənin dekanı, professor Ələkbər Əliyev dövlət və özəl qurumlarla əməkdaşlığın önəmini vurğulayıb, bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd edib.
"PAŞA Sığorta"nın nümayəndələri Gültən Hacıyeva və Nərgiz Məmmədova sığortanın əhəmiyyəti, əsas sığorta növləri və bu sahədə mövcud olan aktual trendlər barədə geniş məlumat veriblər. Eyni zamanda, şirkətin təqdim etdiyi müxtəlif sığorta məhsulları haqqında da təqdimat keçirilib.
"PAŞA Sığorta" şirkətinin İstedadların cəlb edilməsi şöbəsinin nümayəndələri Fuad Vəzirov və Şəhla Xudiyeva şirkətdə mövcud olan karyera imkanları haqqında iştirakçıları məlumatlandırıblar.
Sonra tələbələr arasında keçirilən interaktiv yarışmada qalib gələn iştirakçılar mükafatlandırılıblar. Sonda tələbələrin sualları cavablandırılıb.


