Xarici ticarət iştirakçıları ilə görüşlər keçirilib

Astara və Biləsuvar Gömrük İdarələrində xarici ticarət iştirakçıları ilə növbəti görüşlər keçirilib.
Görüşlərdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, rəsmiləşdirilmə prosesinin sürətləndirilməsi və gömrük dəyərinin düzgün müəyyən edilməsi barədə məlumat verilib.
Həmçinin sahibkarların xarici ticarət fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər, onları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb, təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.


