AKİA I rübdə 20 milyon manata yaxın kredit verib

Hit: 160
AKİA I rübdə 20 milyon manata yaxın kredit verib
Bu ilin I rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 1 036 müraciət üzrə 19,6 milyon manat güzəştli kredit verib.
 
“Report”un əldə etdiyi məlumata görə, bunun 19,5 milyon manatı texnika və avadanlıq təyinatlı, 0,1 milyon manatı isə digər təyinatlı kreditlər olub.
 
Bundan başqa, yanvar-mart aylarında agentlik 2 480 texnika və avadanlığın güzəştli satışına 25,5 milyon manat, 456 baş damazlıq iribuynuzlu heyvanın güzəştli satışına isə 1,8 milyon manat vəsait ayırıb.








Redaktorun seçimi